Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xərçəng xəstəliyindən əziyyət çəkən ər-arvad: "Tək arzumuz bircə balamızın toyunu görməkdir"
Xumar və Əvəz Yusifovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a Xumar Yusifova məlumat verib.
O bildirib ki, yoldaşı və özü xərçəng xəstəliyindən əziyyət çəkirlər:
"Mənim 49, yoldaşımın isə 56 yaşı var. Mən bir neçə il öncə süd vəzi xərçəngindən əziyyət çəkdiyimi öyrəndim, həmin gündən müalicələrimi etsəm də, heç bir fayda verməyib. Yoldaşım isə 10 ildir dializ xəstəsi idi, bir neçə müddət əvvəl isə onun da ağciyər xərçəngindən əziyyət çəkdiyini öyrəndik. İnanın, vəziyyətimiz çox ağırdır. İkimiz də əməliyyat olmalıyıq, amma bunun üçün imkanımız yoxdur".
Xumar Yusifova bir övladları olduğunu qeyd edib:
"Cəmi bir oğlumuz var, bir neçə ay əvvəl onun nişanını etmişik. Yoldaşımın vəziyyəti günü-gündən ağırlaşır. Tək arzusu bircə balasının xeyir işini, toyunu görməkdir. İnanın, nə borc almağa yerimiz, nə satmağa dəyərli əşyamız yoxdur. İkimiz də əməliyyat olunmalıyıq, bunun üçün isə 4 000 manata yaxın məbləğə ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 691-12-58.
"Kapital Bank": 4169 7388 0175 5103.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"
- Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib