Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
"Avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə çatmaq üçün regional gərginliyi saxlamaqda maraqlı olduqlarını düşünməyə bütün əsaslar var. Biz Parisin Cənubi Qafqazda, bizi inandırmağa çalışdıqları kimi, xeyirxah niyyətləri barədə qətiyyən xəyal qurmuruq".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bəyan edib.
O bildirib ki, Fransanın və Avropa İttifaqının (Aİ) regiondakı missiyasının həqiqi gündəliyi normallaşma, deeskalasiya və sülhlə heç bir əlaqəsi yoxdur.
Zaxarovanın sözlərinə görə, Aİ-nin Ermənistanda həqiqi məqsədləri Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək vəzifələri ilə qətiyyən əlaqəli deyil.
"Onları, yəni Aİ nümayəndələrini "monitorinq casusları" adlandırmaq olar. Özü də onlar həm daxilə, həm də xaricə, Ermənistanla qonşu olan bütün dövlətlərə, ölkələrə qarşı işləyirlər. Üstəlik, Paris nümayəndələrinin regionda olarkən topladıqları məlumatları erməni həmkarları ilə heç bir şəkildə bölüşmürlər. Çünki məqsəd başqadır. Onlar birbaşa Brüsselə göndərilir. Nə üçün? Brüsselin postsovet məkanında vəzifəsini, məncə, heç kim gizlətmir. Bu, sonsuz xaos, nifaq, toqquşdurmadır", - deyə Zaxarova bildirib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova Avropa dövlətlərinin rəhbərlərini narkomaniyada ittiham etdi
- Zaxarova Simonyanın ittihamlarına cavab verdi
- Zaxarova: "Aİ Cənubi Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxır"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır