Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı yeni qayda
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat formasında təhqiqat aparılacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, Cinayət-Prosessual Məcəlləyə müvafiq məsələni tənzimləyən 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Bundan əlavə, bu dəyişiklikləri nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə də düzəliş edilməsi - hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin əlavə olunması nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ulu öndər Heydər Əliyevə həsr olunan tədbirdə 308 tələbəyə "Adlı təqaüd" verilib
- Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq
- Hansı halda cərimənin 10 faizindən azadolma tətbiq ediləcək?
- Məhkəmə qərarları barədə məlumat üç gün ərzində yeni informasiya sisteminə göndəriləcək
- İnzibati xətalar haqqında yeni qaydalar müəyyənləşir