"Rusiyalı mütəxəssislər sərhədlərin delimitasiyası və demarkasiyası üzrə malik olduqları təcrübələrini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdırlar".
Oxu.Az xəbər verir ki, görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə News.ru-nun sualını cavablandırarkən deyib.
"Biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışıq üzrə bütün əsas istiqamətlərdə kömək etməyə hazırıq. Bizim Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə görülmüş işlərin gözəl nəticələrimiz var. Biz sərhədlərin delimitasiyasında, demarkasiyasındakı təcrübəmizi bölüşməyə hazırıq, mənə elə gəlir ki, bu sahədəki mütəxəssislərimiz postsovet məkanında ən yaxşılarından biri kimi tanınırlar. Bizdə unikal kartoqrafik material var, Ermənistan-Azərbaycan münaqişəsi illərində yığılıb qalmış humanitar məsələlərin həllində kömək göstərə bilərik" , - deyə o vurğulayıb.