Süd vəzi xərçəngindən əziyyət çəkən Xumarə Ağamalıyevanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun özü məlumat verib.
O bildirib ki, artıq iki ildir, bu xəstəlikdən əziyyət çəkir.
“2021-ci ildə ağrılarım olduğuna görə həkimə müraciət etdim, süd vəzi xərçəngi olduğumu öyrəndim. Xəstəliyimi bildiyimiz gündən kimyaterapiyalara başladıq, müalicələr etdik. Amma son iki aydır, heç bir müalicəmi edə bilmirik. Artıq borc almağa da heç kimim qalmayıb”.
X.Ağamalıyeva deyib ki, müalicəsi üçün 800 manata ehtiyacı var.
“Müalicəm üçün demək olar, hər şeyimi satmışam, tək paltartikən maşınım qalıb. Mən illərdir, dərzi işləyirəm. Son dövrlər ağrılarım o qədər şiddətlənib, bədənim o qədər zəifləyib ki, işləməyə halım olmur. Amma məcbur qalıb işləyirəm. Xırda işlər görürəm, şalvar balağı kəsirəm, xırda tikişlər edirəm. İnanın, günlük 2-3 manat ancaq qazana bilirəm. Yoldaşım usta işləyir, elə vaxt olur ki, aylarla işi olmur. İki övladımız var. Dərmanlarım çox bahadır, almağa gücümüz çatmır. Aylıq müalicəm üçün 800 manata ehtiyacım var. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm. Mən övladlarımın xoş gününü görmək, onların ən xoş günündə yanlarında olmaq istəyirəm. Sizə bir ana kimi yalvarıram, mənə kömək olun”.
Ailə ilə əlaqə: (055) 778-46-62.