“Xəstəxanada yatış zamanı pasiyentin instrumental və laborator müayinələri icbari tibbi sığorta xidmətləri çərçivəsində tam qarşılanır”.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda icbari tibbi sığorta çərçivəsində təmin edilən xərclər barədə məlumat yer alıb:
“Xəstəxanada yatış zamanı instrumental və laborator müayinələrin aparılması, həkim müşahidəsi, terapevtik və cərrahi müayinələrin aparılması, istifadə edilən dərman və tibbi sərflər, eləcə də gündəlik qidalanma icbari tibbi sığorta təminatına daxildir”.
Həmçinin qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, eləcə də xəstəxanada stasionar müalicə zamanı yatış müddəti ərzində pasiyentə istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept şəklində təyin edilən dərman vasitələri isə icbari tibbi sığorta tərəfindən təmin olunmur.
Könül Cəfərli