Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xətai rayon sakinlərinin yol problemi - VİDEO
Bakının Xətai rayonu, Zeytun küçəsi 18 ünvanında yaşayan sakinlər uzun zamandır ki, su və yol problemindən əziyyət çəkirlər.
Onlar bildiriblər ki, ərazidən keçən su borusu istismar müddətini başa vurduğundan tez-tez sıradan çıxır və nəticədə onların küçələrini su basır.
“10 ildir suya və yola görə zülm çəkirik. Bura nə taksi, nə də təcili yardım gəlir. Dəfələrlə aidiyyəti qurumlara həm yazılı, həm də şifahi şəkildə müraciət etmişik. Xahiş etmişik ki, bizim problemimizi həll etsinlər. Ancaq heç nə etmirlər”, - sakin deyib.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən ərazidə təmir işlərinin aparıldığı bildirilib. Sıradan çıxan boru yenisi ilə əvəz olunacaq. Vətəndaşları narahat edən digər problem isə yolların vəziyyətidir.
Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) rəsmisi Anar Nəcəfli bildirib ki, ərazidə təmiri “Azərsu” apardığına görə yolun bərpasını da məhz həmin qurum həyata keçirməlidir.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər