Xətai rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 08:00-da qeydə alınıb.

"Xətai rayonu ərazisində, 8 Noyabr prospektində "Fiat" markalı, 77-HA-890 dövlət nömrə nişanlı, "Mercedes" markalı, 77-CH-175 dövlət nömrə nişanlı və "Hyundai" markalı 77-US-308 nömrəli avtomobillər toqquşub. Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü xəsarət alıb. Avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli qeyd edib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 28-də saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 8 Noyabr və Gəncə prospektlərinin kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində bir nəfərin tibbi yardımdan imtinası qeydə alınıb".
Əzizə İsmayılova