Bakının Xətai rayonunda kanalizasiyanın daşması nəticəsində çirkab su küçəni basıb.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Xətai rayonunda kanalizasiya daşdı - VİDEO
Qeyd olunub ki, hadisə Polad Həşimov küçəsində baş verib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib.
"Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib. Hazırda ərazidə heç bir problem mövcud deyil", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova