Bakının Xətai rayonunda, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığındakı kanalizasiya xəttində yaranan problem aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilib.
"Sözügedən ünvanda tullantı su xəttində tutulma ötən gün aradan qaldırılıb. Xəttin fəaliyyəti bərpa edilib. Şəbəkənin tutulmasına vətəndaşların xətlərə məişət tullantılarını atmaları səbəb olur. Sakinlərdən xahiş olunur ki, kanalizasiya xətlərinə tullantı suyundən kənar əşyalar məişət tullantıları (salfet və s.) atmasınlar", - deyə məlumatda bildirilir.
@tv.oxu Bakıda kanalizasiya borusu partladı, ərazini çirkab suları bürüdü. #yolproblemi #HəziAslanovmetrosu #oxuaz
♬ Yağış - Eyyub Yaqubov