Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xətaidə sakinlər 2 aydır susuz qalıblar
Paytaxtın Xətai rayonunun sakinləri sularının kəsilməsindən narazıdırlar.
Onlar qeyd ediblər ki, suları bir neçə həftədir ki, kəsilib və hər dəfə boş vədlər verilsə də, suyun gəlişini bərpa etməyiblər.
Rayonun sakini Xatirə Rzayeva heç kənd evlərində belə bu qədər suyun kəsilmədiyini bildirib. O əlavə edib ki, "Azərsu"ya bir neçə dəfə müraciət ediblər, hər dəfə də onlar bərpa etdiyini deyib, ancaq heç bir dəyişiklik baş verməyib.
Su və kanalizasiya şəbəkələrinin istismarını sahəsinin rəisi Eldar Bəşirov deyib ki, su xəttində tıxanma olduğuna görə sular kəsilib, gün sonuna kimi də yenidən suların gəlişi bərpa olunacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətinin əməkdaşı Aydan Xəlilova görülən işlərə yekun vurulduğunu və su probleminin artıq ortadan qaldırıldığını bildirib. Onun sözlərinə görə, hazırda sakinlər əvvəlki rejimdə su ilə təmin olunurlar.
Deməli, iki aydan çoxdur susuz qalan S.Vəzirov küçəsinin sakinləri çəkilişdən heç 2 saat keçməmiş dayanıqlı su ilə təmin olunublar.
Təki binaya gələn suyun ömrü elə su qədər olsun.
Ətraflı Real TV-nin süjetində:

"Xətai rayonu" teqi üzrə xəbərlər
- Bakıda idman müəllimi şagirdləri təhqir edib? - ARAŞDIRMA BAŞLADI
- Bakıda təhlükəli vəziyyət: Sakinlər qorxu içində
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Qurum havaların istiləşməsini gözləyir: Sakinlər isə yolun bərbad vəziyyətindən NARAZIDIRLAR
- Bakıda yaşayış binasında yanğın baş verib