Xəzər dənizində bir nəfər batıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisindəki çimərlikdə baş verib.
Məlumata əsasən, dəniz kənarında, əraziyə nəzarət olunmayan hissədə çimərkən 1986-cı il təvəllüdlü Mehman Şakir oğlu Xanəliyev batıb.
Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:49-da başa çatmışdır.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az