Ölkə rəhbərliyinin səhlənkarlığı ucbatından bütün strateji obyektlər Rusiya tərəfindədir, bu kredit isə daha bir alçaldıcı müqavilənin nəticəsidir.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan ilə debat zamanı “İrs” fraksiyasından olan parlament deputatı Zarui Postancyan, Rusiya istehsalı olan hərbi ləvazimatın əldə edilməsi üçün Rusiyadan 200 milyon dollar məbləğində dövlət ixrac kreditinin alınması müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya o silahdan Azərbaycana da satır:
“Siz isə susursunuz və digər tərəfdən, biz bu silahı xarici borcu artıraraq kreditlə almalı oluruq”.
Bu bəyanata isə Nazaryan belə cavab verib:
“Siz Müdafiə Nazirliyinin daşıdığı məsuliyyəti daşımırsınız, ona görə də belə danışırsınız”.