Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı məlumatı gəlib.
Oxu.Az xəbər verir ki, ərazidə axtarışa başlayan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu vətəndaşın meyitini taparaq sudan çıxarıb.
Qeyd edək ki, dənizdə batan şəxsin kimliyi məlum deyil.