Bakıda dənizdə batmış 2001-ci il təvəllüdlü Hacıyev Sərxan Aydın oğlunun meyiti tapılıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meyit FHN-nin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, S. Hacıyevin meyiti Qaradağ rayonunda ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə aşkarlanıb.