Daxili İşlər Nazirliyi (DİN) Xəzər dənizində batdığı ehtimal edilən balıqçılarla bağlı məlumat yayıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini Salamat Qasımov balıq tutarkən qayıq aşıb.
B. Əliyev digər balıqçılar tərəfindən xilas edilib, M.Quliyevin və S.Qasımovun tapılması istiqamətində tədbirlər görülür.
12:09
Xəzərdə itkin düşən balıqçılar axtarılır.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 21-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədilə dənizə çıxan və batdığı ehtimal olunan 2 nəfərin axtarışına başlanılıb.
Axtarışlar nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən aparılır.
E.Ə.
www.oxu.az