Bu gün saat 05:00 radələrində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu hadisə ilə bağlı “Azneft” İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib.
Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.
Meyit Səngəçaldan bir qədər aralı, Ələt-41 sahəsində tapılıb. Estakada dənizə uçan yerdə suyun dərinliyi 10-11 metrdir. Axtarış işləri Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərində aparılır.
E.Ə.
www.oxu.az