Suriyanın Hələb şəhərində silahlı qiyamçıların təxliyə edilməsi üzrə əməliyyat başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya hökumətindəki mənbəyə istinadən KİV məlumat yayıb.
İlkin olaraq təxliyə əməliyyatının çərşənbə günü keçirilməsi planlaşdırılırdı, şəhərdə yenidən qarşıdurmalar başladı.
“Hələbdən silahlı adamların çıxarılması üzrə əməliyyat başlayıb”, - “Reuters” agentliyi adının gizlin saxlanılan suriyalı məmurun sözlərindən sitat gətirib.
“Yaraqlıların çıxarılması İdlib şəhəri istiqamətində 20 avtobus və 10 təcili yardım maşınının köməyi ilə həyata keçiriləcək”, - məlumatda deyilir.
N.O.
www.oxu.az