Xəzər dənizində zəlzələ olub.
Oxu.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, İilkin məlumatlara əsasən yerli vaxtla saat 20:53-də Nardarandan 102 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.4, dərinliyi 60 km olub.