"2025-ci ildə vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 6 897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib, müvafiq inzibati tənbeh tədbirləri görülüb. Həyata keçirilmiş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib".
Oxu.Az xəbər verir ki, bunu DƏMX-də keçirilən mətbuat konfransında qurumun rəisi Vəli Quliyev deyib.
O bildirib ki, həmin ödənişlərin 93.66%-i (788 934.49 AZN) əməkhaqqı, 1.67%-i (14 050 AZN) zərərə görə ödəniş, 4.67%-i (39 360.46 AZN) sosial müavinət və kompensasiyalardan ibarət olub:

"Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib.
Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Elektron əmək müqaviləsinə keçid 1 milyon 827 min sayda və ya 96 faiz təşkil edir".


Daha çox foto burada: PhotoStock.Az
Məhərrəm Əliyev