Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xırdalan stansiyasında problem: Turniket, kassa, balansartırma aparatlarının işində fasilələr
27 sentyabr səhər saatlarında Abşeron dairəvi marşrutu üzrə proqram təminatında texniki nasazlıq yaranıb.
Turniket, kassa, köşklər, balansartırma aparatlarının işində fasilələr səbəbindən sərnişinlər buraxılıb, lakin ödənişi Bakıda qatardan düşərkən ediblər.
Bu zaman isə sərnişinlərin balanslarından gediş haqqı olaraq 80 qəpik əvəzinə, 1 manat 20 qəpik, yəni 40 qəpik əlavə ödəniş çıxılıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, yaranan texniki nasazlıq tez bir zamanda aradan qaldırılıb, hazırda sistem normal rejimdə çalışır:
"Texniki problem səbəbindən ödənişlə bağlı hər hansı problemlər yarandığı təqdirdə sərnişinlər 1822 Əlaqə Mərkəzinə müraciət edə, müvafiq məlumatları araşdırma üçün təqdim edə bilərlər. Əlavə ödənişlə bağlı faktlar təsdiqini tapdıqda, vəsait gün ərzində sərnişinin hesabına geri qaytarılır".
Nəqliyyat eksperti Samuran Səmədbəylinin sözlərinə görə, ödəmə terminallarında baş verən problemlə əlaqədar heç bir formada ödəniş etmək mümkün deyilsə, o zaman sərnişinlərin daşınması həyata keçirilməli və bu ödənişlər şirkət tərəfindən qarşılanmalıdır:
"Buna görə, sərnişinlərin kartından sonradan hər hansı bir məbləğin tutulması düzgün hesab olunmur, çünki həmin anda bu xidmətdən istifadə edən sərnişinlərin müəyyən edilməsi qeyri-mümkündür. Sonradan sərnişinlərin kartından müəyyən məbləğin tutulması nə qanuni, nə də hüquqi müstəvidə öz əksini tapıb".
Ətraflı Baku TV-nin süjetində:
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə bank kartından istifadəyə niyə icazə verilmir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəkləyib
- Azərbaycan Dəmir Yollarına məxsus şirkətin adı dəyişdirilib
- ADY: "Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək"