Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan 270 min hektar meşəsizləşmiş landşaftlarını bərpa etməyi öz üzərinə öhdəlik götürüb
Azərbaycan 2030-cu ilə qədər 270 min hektar deqradasiyaya uğramış və meşəsizləşmiş landşaftlarını bərpa etməyi vəd edərək "Bonn Çağırışı" üzrə öhdəlik götürüb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Nyu-Yorkdakı qərargah binasında "Rio Trio Təşəbbüsü: İnteqrasiya edilmiş Ətraf Mühit Fəaliyyəti" (The Rio Trio İntiative: Integrated Environmental Action) mövzusunda keçirilən yüksəksəviyyəli debatda çıxışı zamanı deyib.
Nazir dünyanda mövcud olan iqlim dəyişikliyi ilə mübarizdə Azərbaycanın reallaşdırdığı "Rio Trio Təşəbbüsü" haqqında qonaqlara məlumat verib. Onun sözlərinə görə, planetin əməkdaşlığa çox ehtiyacı var:
"İqlim dəyişikliyi ilə mübarizə aparan ölkələrə son səfərlərimiz zamanı biz bəzi mənzərələri öz gözlərimizlə gördük. Konqo hövzəsində dəyişən yağışların və artan temperaturun meşələrin qırılmasını sürətləndirdiyini və unikal ekosistemlərə necə təsir etdiyini gördük. Biomüxtəlifliyin bu itkisi yaşayışları meşələrdən asılı olan yerli icmalara təsir edir. Meşələrin yoxsa çıxması oksigen ehtiyatını azaldır və qlobal iqlim dəyişikliyini daha da gücləndirir.
Pakistanda biz ölkənin üçdə birini əhatə edən fəlakətli daşqınların nəticələrini müşahidə etdik. Bu daşqınlar iqlim dəyişikliyi ilə intensivləşərək minlərlə insan itkisinə və iqlim köçkünlərinə səbəb olub. Bu vəziyyət, həmçinin kənd təsərrüfatı torpaqlarına uzunmüddətli ziyan vuraraq onsuz da kövrək olan ərazilərdə səhralaşmanı sürətləndirir. COP29 çərçisində həyata keçirilən "Rio Trio Konvensiyası" üzrə əməkdaşlığın gücləndirilməsi insanlara və planetə fayda gətirən konkret nəticələr əldə etmək məqsədi daşıyır".
Nazir çıxışında Azərbaycanın iqlim dəyişikliyi, su çatışmazlığı və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması və kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəfə Dəniz Mühafizəsi Sahəsinin yaradıldığını bildirib.
M.Babayev əlavə edib ki, təkcə bu il karbon qazının azalmasına, təmiz hava ehtiyatlarının qorunmasına töhfə vermək məqsədi ilə 5 milyon ağac əkilməsi hədəflənib:
"Biz maneələri aradan qaldırmalı, innovasiyaları inkişaf etdirməli və hərtərəfli həllər qəbul etməliyik. "Rio Trio Təşəbbüsü" bu istiqamətdə bir addımdır. Çətinliklərin bir-biri ilə əlaqəli olması etirafdır və buna görə də, həll yolları da olmalıdır".
Tədbirin sonunda Kolumbiya, Səudiyyə Ərəbistana və Azərbaycan arasında COP rəsmilərinin iştirakı ilə "Rio Trio Birgə Bəyannaməsi" qəbul olunub.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT