Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Niderland "F-16"ları istismardan çıxardı
Niderland Hərbi Hava Qüvvələri (HHQ) bütün "F-16" qırıcılarını istismardan çıxarıb və tamamilə "F-35"ə keçib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin (MN) press-relizində bildirilib.
Vliland adasındakı təlim poliqonu, Susterberq aviabazası və Haaqadakı MN-in binası kimi yerlər üzərində ən azı 400 metr yüksəklikdə uçan səkkiz "F-16" vida turu keçirib.
Qeyd olunub ki, bu tip qırıcılar 45 ildən artıqdır ki, Niderlandda istifadə olunur və həm ölkə daxilində, həm də xaricdə fayda gətirir.
İstifadəyə buraxılmayan və ya satılmayan təyyarələr başqa ölkələrə təhvil veriləcək. Ümumilikdə söhbət 42 qırıcıdan gedir, onlardan 18-i Rumıniyadakı pilotların təlim mərkəzinə, 24-ü isə Ukraynaya göndərilməlidir. Vəd edilən qırıcılardan 14-ü artıq Rumıniyaya verilib. Həmçinin, müəyyən sayda "F-16"ları Niderland Ukrayna verib, lakin təhlükəsizlik səbəbi ilə onların dəqiq sayı barədə məlumat verilmir.
Xatırladaq ki, Niderland 2019-cu ildə "F-35" döyüş təyyarəsinə keçidə başlayıb. ABŞ-dən ümumilikdə 52 qırıcı sifariş edilib, onlardan 40-ı artıq gətirilib və Niderland HHQ-də istifadə olunur. Bundan əlavə, sentyabrın əvvəlində MN büdcənin artması fonunda əlavə olaraq altı "F-35" almaq niyyətində olduğunu açıqlayıb.
"Niderland" teqi üzrə xəbərlər
- Haaqada güclü partlayış: Dağıntılar altında 20-yə qədər insan ola bilər
- Pərvanə Vəliyeva Sen-Martenin müstəqilliyinə dair: "Həyatlarını formalaşdırmaq hüququna layiqdirlər"
- ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
- 2026-cı ildən sonra "Formula-1"in təqvimində dəyişiklik olacaq
- Niderlandda polis narkotikdən hazırlanmış heykəl tapdı
Rəylər