Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeddi nəfərdən altısı evə buraxılıb.
Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, yaralılardan bir nəfərin vəziyyəti ağırdır:
“Altı nəfərin vəziyyəti yaxşı olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə evə buraxılıblar. Amma yaralılardan biri, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının vəziyyəti ağır olaraq qalır. O, ağır kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.
Respublika Klinik Xəstəxanasına yerləşdirilən iki nəfər yaralı isə artıq evə buraxılıb. Ambulator müalicələri davam etdirilir.
07.12.2018 22:40
21.47
Xırdalanda sərnişin avtobusu aşıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə Xocasən yolunda baş verib.
119 nömrəli marşrut avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib.
Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
Oxu.Az yeniləndi!