Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xırdalanda baş verən güclü yanğına görə 45 nəfər təxliyə edildi
Xırdalanda iaşə obyektində baş vermiş yanğınla bağlı binada yaşayan 45 sakin təxliyə edilib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 500 kvadratmetr olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 kvadratmetr olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 kvadratmetr sahədə yanıb.
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 kvadratmetr olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə ediliblər.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.
Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.
Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında "AAAF Park Yaşayış Kompleksi"nin yaxınlığında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Şahidlər ərazidəki obyektin yandığını bildirirlər.
Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.
Həmin görüntüləri təqdim edirik: