Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Sumqayıt"la yollarını ayıran futbolçu Meksika klubunda
Ötən ay "Sumqayıt"dan ayrılan Cordan Rezabalanın yeni klubu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi karyerasını Meksikada davam etdirəcək. Müqaviləsi başa çatdıqdan sonra "Sumqayıt"dan ayrılan 25 yaşlı hücumameyilli oyunçu II Liqa təmsilçisi "Dorados de Sinaloa" klubuna keçib.
Meksika klubu Rezabala ilə müqavilə imzalandığını rəsmi saytı vasitəsilə açıqlayıb. "Dorados de Sinaloa" rəhbərliyi transfer dəyəri təxminən yarım milyon avro olan pleymeykerə böyük ümidlər bəsləyir və onun liderliyi ilə komandanın yüksək liqaya vəsiqə qazanacağına inanır.
Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin əvvəlindən ötən aya qədər "Sumqayıt"ın formasını geyinib.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Cenk Tosun "Fənərbağça"dan ayrılır - Uzaq Şərqə gedir
- AZAL və "PAŞA Travel" Yunanıstan və Monteneqroya çarter reyslərini elan edir
- "Fənərbağça" heyətini "Zirə"nin futbolçusu ilə gücləndirə bilər
- Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar
- "Fənərbağça" yayın ən səs-küylü transferinə HAZIRLAŞIR