Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xırdalanda nə baş verir? - Naməlum şəxs uşaqları qorxudur
Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində naməlum şəxs uşaqları qorxudur.
Oxu.Az xəbər verir ki, bu iddia ilə qorxudulan uşaqlardan birinin anası sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, orta yaşlı naməlum kişi yaşayış binasının həyətində oynayan azyaşlı oğlan uşaqlarını ətrafına toplayaraq, onların qeyri-etik hərəkətlər etmələrini tələb edib.
Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.
İddianı təqdim edirik:
@oxuaz Xırdalanda manyak peyda olub- İDDİA
♬ orijinal ses - Oxu.az Son Xəbərlər
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- 254 milyon manatlıq CİNAYƏT: "Ailəm əsrlərdir, Bakıda yaşayır, beş-altı avtomobil niyə almayım ki?"
- Xüsusi Təftiş Komissiyasının siyahısından narazı olan plastik cərrahlar nə etməlidirlər? - RƏSMİ
- Bakının Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb
- Azərbaycanda orqan bazarı: Sosial şəbəkələrdə gizli elanlar yayıldı, polis hərəkətə keçdi
- Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT