Azərbaycanda ağaclara qarşı soyqırım davam edir.
Oxu.Az xəbər verir ki, daha bir fakt Xırdalan şəhərində, Heydər Əliyev parkında qeydə alınıb.
Yolun kənarında yerləşən 50 yaşlı ağacların kəsilməsinin səbəbi isə orda çayxana tikməkdir.
Qeyd edək ki, ağacların kəsilməsi qanunla cəzəlandırılır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 92-ci (meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi) maddəsi ilə protokol tərtib edilir.
İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsi ilə barəsində protokol tərtib edilən fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər isə şərti maliyyə vahidinin yetmiş mislindən səksən mislinədək miqdarda cərimə edilir.
Elvin Əhmədov
www.oxu.az