Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyun barədə fikirlərini açıqlayıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, o, bunları dilə gətirib:
“Rusiyanın üstünlüyü var, axı onları heç-heçə də qane edir. Ancaq mən əminəm ki, onlar heç-heçəyə oynamayacaq”.
Qeyd edək ki, Azərbaycan-Rusiya matçı sabah keçiriləcək. Matç sabah Bakıda, “Bakcell Arena”da baş tutacaq və 22:00-da başlayacaq.