Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan Oxu.Az-a daxil olan məlumata görə, partlayış baş vermiş hərbi hissənin ətrafında, 8 ədəd partlamamış hərbi sursat (PHS), 56 ədəd partlamış-yanmış mərmi qalıqları və 121 kq yandırma məhsulu aşkar edilərək götürülüb.
Ümumiyyətlə, 131 gün ərzində, 25 837 ədəd partlamamış hərbi sursat (PHS), 20 206 ədəd partlamış-yanmış sursat qalıqları və 105 238 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 100 720 706 kv.m (10 072 ha) ərazi yoxlanılıb.
A.M.
www.oxu.az