Xızıda polis sakinlərlə maarifləndirici söhbətlər aparıb, tibbi maska paylayıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir.
Rayon ərazisində xidmət aparan şöbə əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər apararaq, onlara ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejiminin qaydaları barədə məlumatlar verirlər.
Həmçinin, polis əməkdaşları maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların və idarələrin qarşısına toplaşan vətəndaşlardan sosial məsafənin qorunmasını tələb edirlər.
Belə tədbirlər zamanı RPŞ-nin əməkdaşları vətəndaşların sağlamlığına biganə qalmayaraq, onlara tibbi maskalar da paylayıblar.