Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.
Oxu.Az xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün" kitabını yazıb.
Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva dəfn edilib.
Oxu.Az xəbər verir ki, D.Ağayeva uzun sürən onkoloji xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.
D. Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün" kitabını yazıb.
Bu barədə Baku TV-də yayımlanan görüntüləri təqdim edirik: