Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xocalının azyaşlı sakini: "Burada xoşbəxt yaşayacağımıza inanıram"
Xocalıya gələn azyaşlı sakin doğma yurdlarında xoşbəxt yaşayacaqlarına inandığını bildirib.
Oxu.Az xəbər verir ki, bunu "Report"un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətində şəhər sakini Aynurə Məmişova deyib.
O, Xocalıda güllə səslərinin uşaqların səsini bir daha batırmayacağına əminliyini vurğulayıb:
"Mən 6-cı sinifdə oxuyuram. Kəndimiz barədə təsəvvürüm ancaq babamın söhbətləri zamanı xəyalımda qurduğum mənzərələrdən ibarətdir. O deyirdi ki, Xocalıda hər yer çox gözəldir, torpaqları bərəkətlidir, havası və suyu çox təmizdir. Burada bizə xoş olacağına, xoşbəxt yaşayacağımıza inanıram.
Televiziya verilişlərində kəndimizi bir neçə dəfə görmüşəm. Sevinirəm ki, kəndimiz müasir, təmiz, səliqəli və abaddır. Əminəm ki, bu yerlərdə güllə səsi körpələrin səsini bir daha batırmayacaq".
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb
- "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşib
- Strategiya və dövlət proqramı layihələri üzrə komissiya yaradılıb
- Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim edilib
- Keçmiş məcburi köçkün: "Ağdamın Kəngərli kəndindən ən son çıxan mən olmuşam"