Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocalının Ballıca kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
Xocalı rayonunun Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kəndə yeni köçən ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.
Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, doğma yurdlarına yola salınan ailələr artıq Ballıca kəndinə çatıblar.
Qeyd edək ki, bugünkü köç karvanı 95 nəfər olmaqla 22 ailədən ibarətdir. Bununla da Ballıcaya köçürülən ailələrin sayı 112-ə çatıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.
Oxu.Az AZƏRTAC-a istinadən verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.
Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
"Xocalıya köç" teqi üzrə xəbərlər
- Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olundu
- Xocalı sakini: "Arzularımız gerçəkləşib, 33 ildən sonra Novruz bayramını doğma yurdda qeyd edəcəyik"
- Keçmiş məcburi köçkün: "Nəvələrim ata-baba torpaqlarımızda böyüyəcək, orada yaşayacaqlar"
- Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı
- Növbəti köç karvanı Ballıcaya çatıb, ailələrə mənzillərin açarları təqdim olunub