Xocalının daha iki kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Oktyabrın 10-da Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi baş tutub.
Oxu.Az xəbər verir ki, bu gün Xocalının Təzəbinə kəndinə 126 nəfərdən ibarət 28 ailə, Ballıca kəndinə isə 15 ailə - yəni 53 nəfər köçürülüb. Hər iki kənddə sakinlərə mənzillərin açarları təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə hər iki kəndə ümumilikdə 43 ailə qayıdıb.
Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndinə isə 28 ailə - 126 nəfər köçürülür.