"Azərişıq" ASC Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 6 milyon 385 min 419,74 manat təşkil edir.
Satınalma sənədlərinə əsasən, layihə çərçivəsində Edilli, Düdükçü, Tuğ, Azıx və Zoğalbulaq yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) şəbəkəsi ilə tam yenidən qurularaq elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.
Tender üzrə işlərin icra müddəti 4 ay müəyyən edilib.