Xoşqədəm Hidayətqızının aparıcısı olduğu və ANS telekanalında yayımlanan “Axtarıram səni” verilişinin növbəti buraxılışlarından birində dramatik anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, verilişə oğlunu axtaran ana gəlib.
Rusiyadan məsələ ilə bağlı studiya ilə əlaqə saxlayan Azərbaycan diasporunun nümayəndələrindən biri isə anaya oğlunun öldüyünü söyləyib.
Bu sözləri eşidən yaşlı qadın hətta huşunu itirib.
Həmin görüntüləri təqdim edirik.