Azərbaycanın Riqada “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsinin mətni ilə bağlı iradlarının Ukraynaya aidiyyatı olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Riqada sammitin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan tərəfində yaranan suallara gəlincə, onların Ukraynaya aidiyyatı olmayıb. Onlar həmçinin bəyannamənin yekun mətninə beynəlxalq sənədlərin detallarını da daxil etmək istəyirdilər”, - Poroşenko qeyd edib.
Öncə verilən məlumata əsasən, Ermənistan və Belarus Avropa İttifaqının (Aİ) nümayəndələri tərəfindən hazırlanan Riqada “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsinin mətnini imzalamaqdan imtina ediblər, belə ki, sənəddə Krımın Rusiya tərəfindən işğal olunduğu qeyd olunmuşdu.