Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xudatda ana azyaşlı övladına ağır bədən xəsarətləri yetirdi - İDDİA
Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı döyülüb.
Oxu.Az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbovun sözlərinə görə, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Bununla bağlı tibbi ekspertiza təyin edilib:
"Hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb. Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur. Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır", - məlumatda deyilir.
Rəylər