Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava limanı və Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.