Martın 5-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti olacaq.
E.Ə.
www.oxu.az