Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən cari il mayın 19-da baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
E.Ə.
www.oxu.az