Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, ilk öncə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev tədbir iştirakçıları qarşısında çıxış edərək, 1-ci Avropa Oyunları haqqında məlumat verib və bu idman tədbirinin ölkəmiz üçün olan önəmi haqqında danışıb.
Daha sonra çıxış edən Çexiya Olimpiya Komitəsinin (ÇOK) baş katibi Petr Qraçlikin adından çıxış edən ÇOK-un mətbuat katibi Aleksandr Kliment çex idmançılarının Bakı Avropa Oyunlarına hazırlıqları haqqında danışıb və Azərbaycanda keçiriləcək Avropa Oyunlarına çex idmançılarının güclü tərkibdə qatılacağını vurğulayıb.
Tədbirdə Çexiya dövlət qurumlarının rəsmiləri, Parlament üzvləri, Praqadakı diplomatik korpusun və kütləvi informsiya vasitələrinin təmsilçiləri, habelə Azərbaycan icmasının və yerli icitimaiyytin nümayəndələri iştirak edib.
Tədbir zamanı Bakı Avropa Oyunlarına həsr edilmiş video klip nümayiş etdirilib, habelə qonaqların diqqətinə Avropa Oyunları ilə bağlı təbliğat materialları təqdim edilib.
E.Ə.
www.oxu.az