Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yanvar-apreldə 65 min pensiya, müavinət və təqaüd təyin olunub
Cari ilin dörd ayında 65 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 15 mini pensiya, 50 mini müavinət və təqaüd təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.
Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.
"Sosial müavinət" teqi üzrə xəbərlər
- Azərbaycanda beşdən çox uşağı olduğu üçün sosial müavinət alan qadınların SAYI AÇIQLANDI
- Bu ilin altı ayında 46 mindən çox uşağa birdəfəlik müavinət təyin olunub
- Vətən Müharibəsi Qəhrəmanlarının təqaüdləri ARTIRILIR
- Şəhid ailələri üçün verilən müavinətin məbləği ARTIR
- Əlilliyə görə sosial müavinətlər ARTIR