Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yaponiyada bakılı qəhrəmanın xatirəsini yad etdilər
Rixard Zorge 1933-cü ildən Yaponiyada alman qəzetlərinin müxbiri kimi çalışan sovet kəşfiyyatçısı olub. Tədbir onun 1944-cü il noyabrın 7-də baş tutan edamının 70 illiyində keçirilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorgenin xatirəsinə həsr edilmiş tədbir Yaponiyada cümə günü keçirilib.
Rusiya səfirliyinin hərbi attaşesinin aparat əməkdaşları Tokionun şəhərətrafı Tama qəbiristanlığında olan məzarı önündə fəxri qarovul qoyublar. Rusiya Federasiyasının səfiri Yevgeni Afanasyev və digər rusiyalı diplomatlar məzara Yaponiyada ilin bu vaxtında nadir halda tapılan tər qərənfillər qoyublar. Tədbirdə Sovet İttifaqı qəhrəmanı Rixard Zorgenin adını daşıyan Tokioda RF diplomatik missiyası yanında fəaliyyət göstərən məktəbin şagirdləri də iştirak ediblər.
Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Rixard Zorge bizim həmyerlimizdir. O, 1895-ci ildə oktyabr ayının 4-də Bakıda doğulub, uşaqlıq və yeniyetməlik illərini burada keçirib.
E.Ə.
"Bakı" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı