Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində oğurluq olub.
Oxu.Az-a Bakı şəhər BPİ-dən verilən məlumata görə, hadisə noyabrın 6-da baş verib.
Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsi oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova saxlanılıb.
E.Ə.
www.oxu.az