“Biz əlimizdə olan bütün resursları bir istiqamətə yönəldə bilmərik”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, ilk gündən buna görə hər kəsə özünü qoruması ilə bağlı çağırış edilirdi:
“Bizim lazımi resurslarımız var. Eyni anda bütün resurslarımızı, sadəcə, COVID-19-a yoluxan xəstələrin müalicəsinə yönəltsək, digər xəstəliklər necə olacaq? Söhbət xüsusilə insan resurslarından, yəni həkimlərdən gedir. Eləcə də, tibb müəssisələrindən. Biz bu resursların hamısını koronavirus xəstələrinə ayıra bilmərik”.
Könül Cəfərli