Bakıda eksklüziv idman maşınları gətirilib.
Oxu.Az xəbər verir ki, şahidlər bu lüks avtomobilləri Heydər Əliyev beynəlxalq hava limanının karqosunda çəkiblər.
Fotodakı maşınlar qiyməti yarım milyon manat olan iki Lamborghini Gallardo LP- 560 4 Spyder avtomobilidir.
5,2 litrlik mühərriklə təchiz olunmuş bu modellər 560 at gücünə malikdir. Avtomobil 100 km/s sürəti 4 saniyəyə yığır.
Şayiələrə görə, bu modellər Bakıya paytaxtımızda Lamborghini-nin rəsmi diler mərkəzinin acılışı ilə əlaqədar gətirilib.
Elvin Əhmədov
www.oxu.az