Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında üç nəfərin ölümü ilə nəticələnən yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb.
"Yeni Klinika"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi səbəbi ilə 2000-ci il təvəllüdlü (qadın) klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib.
"Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Kliniki Tibbi Mərkəzdən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən yanğın hadisəsi səbəbi ilə mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən dörd nəfər könüllü olaraq özəl tibb müəssisələrinin birinə, bir nəfər isə "Yeni Klinika"ya təxliyə olunub".
Əzizə İsmayılova