Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış baş verən obyektdə (AFEN plazada) xəsarət alanlardan dördü evə buraxılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, noyabrın 24-ü saat 09:00-da obyektdə baş vermiş partlayışda beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
"Onlardan bir kişi termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Xəsarət almış dörd nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib".
Aygün Mirakif